Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Rusiyaya qeyri-neft-qaz ixracı 732 milyon dollara yaxınlaşıb - BBN

Azərbaycanın Rusiyaya qeyri-neft-qaz ixracı 732 milyon dollara yaxınlaşıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 731,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyəyə qeyri-neft-qaz ixracı illik müqayisədə 15 % artaraq 390,6 milyon dollar, Gürcüstana 78,8 % artaraq 328,05 milyon dollar, İsveçrəyə isə 34,8 % artaraq 251,6 milyon dollar təşkil edib.

Ümumilikdə, yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri qeyri-monetar qızıl nəzərə alınmadan 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

Related posts

Azərbaycanda əlilliyə görə ödəniş alanların sayı açıqlanıb

Aİ Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiya paketi hazırlayır

Biznesin üçün 10-dan dəstək al!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı