Azərbaycanın sənaye zonalarında avtomobil istehsalı artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir. Belə ki, 2024-cü ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib.

Bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20% artım deməkdir.

Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Related posts

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

KOBİA yanında İctimai Şuraya seçkilər keçirilib

Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı