Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və ya 17,7 % artaraq 83,6 milyard ABŞ dollarına yüksəlib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, strateji ehtiyatların 11,4 milyard ABŞ dolları AMB-nin payına düşür ki, bu da ilin əvvəli ilə müqayisədə 4,3 % artım deməkdir.
Qeyd olunub ki, hazırda Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcundan təxminən 17 dəfə çoxdur.