Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın tədiyə balansındakı kəsr ilk yarımildə azalıb - BBN

Azərbaycanın tədiyə balansındakı kəsr ilk yarımildə azalıb

BBN.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycanın tədiyə balansındakı kəsrin həcmi ilin ilk rübündəki 413 mln. ABŞ dollarından azalaraq 274,9 mln. ABŞ dollarına düşüb.

Azərbaycan Mərkəzi Bankı bildirir ki, ölkənin tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin dəyişkənliyindən təsirlənib.

Hesabat dövründə cari əməliyyatlar balansında 2,3 mlrd. $ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3,0 mlrd. $, xalis maliyyə öhdəlikləri isə 0,2 mlrd. $ artmışdır.

2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 6,3%-i və ya 2,3 mlrd. $ təşkil edib (2024-cü ilin müvafiq dövründə 2,6 mlrd. $ profisit olub). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin eyni dövrünə nisbətən 5,5% artaraq 7,3 mlrd. $ olmuş, qeyri-neft-qaz sektoru üzrə isə CƏB-in kəsiri 15,9% artaraq 5,0 mlrd. $ təşkil edib.

Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 6,3% olub ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət göstəricidir.

Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0,3 mlrd. $ azalmış, lakin strateji valyuta aktivləri dövrün sonunda 6,7 mlrd. $ artaraq 77,7 mlrd. $-a çatmışdır. Bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini göstərir.

Eyni dövrdə xam neftin orta qiyməti 70,7 $/barel təşkil edib.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

Mərkəzi Bank: 10 manatlıq əskinaslar ödəniş terminallarında qəbul edilməlidir

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı