Azərbaycanın Ticarət Nümayəndəliyində işgüzar görüş keçirilib

Sentyabrın 14-də İstanbulda keçirilən “#TürkDünyasıBiznesForumu”nun iştirakçıları Azərbaycanın Ticarət Nümayəndəliyi ilə görüş keçiriblər. Görüşdə Türk Ticarət və Sənaye Palataları Birliyinin rəhbəri Rıfat Hısarcıklıoğlu, İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycanın Ticarət Nümayəndəsi Tamerlan Tağıyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər. Sonra ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları, birgə müəssisələrin yaradılması və digər mövzularda maraqlı olan iş adamları birgə müzakirələrə qatılıblar.

Azərbaycan Ticarət Nümayəndəliyinin fəaliyyəti və ölkələrimizin investisiya imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı