Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Türkiyəyə qeyri-neft ixracında azalma müşahidə olunub - BBN

Azərbaycanın Türkiyəyə qeyri-neft ixracında azalma müşahidə olunub

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə ümumilikdə 187,678 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinə  məlumat verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,623 milyon dollar və ya 8,6% azalma deməkdir. Belə ki, 2024-cü ilin ilk dörd ayında Türkiyəyə ixrac olunan qeyri-neft məhsullarının dəyəri 205,301 milyon dollar olub.

Türkiyə hesabat dövründə Azərbaycanın qeyri-neft məhsullarını idxal edən ölkələr arasında ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, hazırda Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac ünvanı Rusiya Federasiyasıdır. Bu ölkəyə ixracın dəyəri 321,4 milyon dollar təşkil edir.

Related posts

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Azərbaycanda sənaye istehsalı artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı