Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb - BBN

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb

Bu ilin I yarısında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % az – 624 mindən çox ödəniş tapşırığı icra edib.

BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat (1 il əvvələ nisbətən 0,2 % çox), xərcləri 19 milyard 824,4 milyon manat (+1,2 %) təşkil edib.

Dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat (illik müqayisədə 3,15 % az, proqnozdan 1,9 % çox), xərcləri 16 milyard 775,5 milyon manat (1 il əvvələ nisbətən 1,9 %, proqnozdan 2,6 % az) təşkil edib.

Son nəticədə icmal büdcədə 4 milyard 589,7 milyon manat (-3,6 %), dövlət büdcəsində isə 2 milyard 403,9 milyon manat (-11,2 %) profisit olub.

Related posts

Azər Əmiraslanov: “Ölkədə rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir”

FED protokolları öncəsi qızıl qiymətlərində eniş: Faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik hökm sürür

Asiya valyutaları durğunluq dövründə: Dollar gözləntilərin mərkəzində

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı