Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanla Macarıstan arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulan sahələr açıqlanıb - BBN

Azərbaycanla Macarıstan arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulan sahələr açıqlanıb

Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görülür.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, 2023-cü ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərin əməkdaşlığın möhkəmlənməsində mühüm rolu vurğulanıb.

“İki ölkə arasında tərəfdaşlığın genişlənməsinə qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir”, – məlumatda deyilir.

Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs edib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri, maliyyə sektoruna Macarıstan investisiyalarının qoyuluşu imkanları müzakirə edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı