Azərikard “Aparıcı İT Auditor” vəzifəsi üzrə vakansiya elan edir

Azərikard “Aparıcı İT Auditor” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:
– IT sahəsində idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin effektivliyini və uyğunluğunu qiymətləndirmək və təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
– İT sahəsində fəaliyyətlərin səmərəliliyini və xərclərin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
– Audit yoxlamarını aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
– Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
– Müəyyən edilmiş tədbirlərin icra səviyyəsini yoxlamaq;
– Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.

Tələblər:
– Ali təhsil;
– İngilis və Rus dili biliklərinin olması arzuolunandır;
– Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
– Analitik və kritik düşünmə qabiliyyəti;
– Bank və ya maliyyə sektorunda iş təcrübəsi arzuolunandır;
– Əməliyyat sistemləri və məlumat bazası üzrə biliklər: Linux, Microsoft server, Oracle DB (müvafiq sertifikasiyanın olması arzuolunandır – RHCE, MCSE );
– Şəbəkə bilikləri: switching & routing (müvafiq sertifikasiyanın olması
arzuolunandır – CCNA, CCNP);
– Kibertəhlükəsizlik və kiberhücum bilikləri:Wireshark, Bash/Shell scripting, Nmap, QRadar, Firewalls, ISO 27001/2, və s,
– CISA, COBİT, CISM/CISSP, NİST üzrə sertifikatların olması arzuolunandır.

Namizədlərdən CV-lərini “Aparıcı İT Auditor” mövzusu ilə hr@azericard.com
ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related posts

4 və 17 dekabr tarixlərində hərrac keçiriləcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Gürcüstanla əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı