Azərikard-dan yeni vakansiya

Azərikard “Kiber Təhlükəsizlik üzrə mütəxəssis SOC L2” vəzifəsi üzrə vakansiya elan edir.

  • Vəzifə öhdəlikləri

– İnformasiya təhlükəsizliyi insidentlərin yayılmasının qarşısının alınması, fəsadların azaltma və bərpası üzrə cavabvermə addımların həyata keçirilməsi;
– İnformasiya təhlükəsizliyi insidentlərə cavabvermə zamanı sifarişçilərlə kommunikasiyaların aparılması;
– “Security Operations Center – SOC ” kontentinin (korrelyasiya və normalizasiya sazlamaları, insidentlərin aşkarlama ssenariləri, insidentlərə cavabvermə planları, o cümlədən “playbook”-lar) yaradılmasında iştirak;
– İnformasiya təhlükəsizliyi insidentlərinin təhqiqatı, o cümlədən:
“RAM” yaddaşının “dump”-ların, şəbəkə trafikinin, disk “image”-ların, əməliyyat sistemləri – ƏS, proqram-texniki mühafizə vasitələrin hadisə jurnalların çıxarılması və analizi;
Komprometasiya indikatorların toplanması (‘IOC”) üzrə zərər-verici proqram təminatının təhlili;
Görülmüş işlər üzrə hesabatların və tövsiyələrin hazırlanması.
– İnformasiya təhlükəsizliyi insidentlərinin cavablandırma çərçivəsində SOC-un digər mütəxəssilərilə birgə işlərin aparılması;
– Analitik işlər və hesabatlıq.

  • Tələblər:

– Ali texniki təhsil;
– Müxtəlif mənbələrdən məlumatların emalı və analizi bacarıqları;
– Şəbəkə, ƏS, tətbiqlər və verilənlər bazaların təhlükəsizlik prinsipləri, protokollar və texnologiyalar üzrə biliklər;
– Müasir kiber hücüm metodları, vasitələri və texnologiyaları, aktual informasiya təhlükəsizliyinə təhdidləri və mühafizə vasitələri üzrə biliklər;
– İnformasiya təhlükəsizliyi insidentlərinin cavabvermə prinsipləri üzrə biliklər;
– Windows və Linux ƏS-in hadisə jurnalları ilə iş təcrübəsi;
– Zərər-verici proqram təminatının təhlilin əsasları üzrə biliklər;
– Loqların toplama və korrelyasiya sistemləri (məsələn SIEM) üzrə iş təcrübəsi və biliklər;
– Şəbəkə protokollar və şəbəkə trafikinin analizi üzrə biliklər və təcrübə;
– Əsas infrastruktur servislərinin (AD, DNS, DHCP, virtualisaziya və s.) iş prinsipləri, mexanizmləri və təhlükəsizliyi üzrə biliklər;
– Verilənlər bazaların idarəetmə sistemləri (Oracle, Postgres, MS SQL) üzrə biliklər;
– Texniki sənədlərin təhlil bacarıqları;
– Yeni informasiya təhlükəsizliyi həlləri üzrə biliklərin artırma və professional inkşaf istəyi;
– Unix və Microsoft Windows infrastrukturunun inzibatçılığı və biliklər arzuolunandır;
– Şəbəkə və ya xost informasiya mühafizə vasitələri üzrə biliklər və/və ya iş təcrübəsi arzuolunandır;
– Proqramlaşdırma bilikləri və/və ya iş təcrübəsi (Python, Powershell, Bash) arzuolunandır;
– Kompüter kriminalistika, şəbəkə trafikinin analizi vasitələrilə iş təcrübəsi arzuolunandır;
– “YARA”-siqnaturaların yazılma təcrübəsi arzuolunandır;
– Xidmət göstərilməsi üzrə işlərin təşkili və ya işlərində iştirak təcrübəsi arzuolunandır.

Namizədlərdən CV-lərini “Kiber Təhlükəsizlik üzrə mütəxəssis SOC L2” mövzusu ilə hr@azericard.com ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı