Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərikard” MMC-də yeni vakansiya - BBN

“Azərikard” MMC-də yeni vakansiya

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal-hazırda aktiv olan vakansiya: Hüquqşünas

Tələblər:
– Ali hüquq təhsili;
– Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı;
– Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
– Əməkdaşlıq, məsuliyyətlilik, düzgün analiz bacarıqları, təşəbbüskarlıq, planlaşdırma və təşkiletmə bacarıqları;
– Korporativ hüquq sahəsi üzrə təcrübə;
– Minimum 2 il iş təcrübəsi.

Vəzifələr:
– Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
– Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
– Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarının hazırlanaraq təqdim edilməsi;
– Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Şirkətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi;
– Tapşırığa uyğun olaraq Şirkətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda hüquqi arayış və məlumatların hazırlaması;
– İclaslar üzrə Protokolların hazırlanması;
– Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
– Daxil olan müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə cavablandırılmasının təşkili;
– Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
– Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.

Namizədlərdən CV-lərini “Hüquqşünas” mövzusu ilə hr@azericard.com ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı