Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb - BBN

“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb

Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən “Azərpoçt”un PostCargo xidməti Amerikadan onlayn sifarişlərin çatdırılmasına başlayıb.

BBN.az bu barədə “Azərpoçt”ın  məlumatına istinadən xəbər verir.

İndi müştərilər ABŞ-də fəaliyyət göstərən ən məşhur onlayn alış-veriş platformalarından istədikləri əşyaların alışını edə və ölkəyə PostCargo vasitəsilə çatdırılmasına nail ola bilərlər.

ABŞ – Azərbaycan üzrə daşımaların tarifi minimal həddə müəyyən olunub ki, bu da digər karqo şirkətləri ilə müqayisədə olduqca sərfəli hesab olunur.

Qeyd edək ki, ABŞ-dən Azərbaycana PostCargo vasitəsilə malların qısa müddətdə gətirilməsi üçün operativ şəkildə uçuşlar təmin olunur.

PostCargo xidmətindən faydalanmaq üçün istifadəçilər www.postcargo.az saytında qeydiyyatdan keçə, eləcə də PostCargoya aid mobil tətbiqi “App Store”“Play Market”dən yükləyə bilərlər.

Onu da qeyd edək ki, bu günə qədər Türkiyədən onlayn sifarişlərin çatdırılmasını həyata keçirən PostCargo xidmətinin fəaliyyəti keyfiyyət və istifadəçi məmnuniyyəti baxımından uğurlu olub. Müştərilərini müxtəlif kampaniya və yeniliklərlə sevindirən PostCargo yaxın zamanda Avropadan da onlayn sifarişlərin daşınmasını icra edəcək.

Related posts

İqtisadi Şura və İnvestisiya Holdinqinin birgə iclası keçirilib, neft məhsullarına dair müzakirə aparılıb

BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı