“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi müştərilərə texniki dəstək xidməti üzrə EMS beynəlxalq mükafatının qalibi olub.

Müəssisə Ümumdünya Poçt İttifaqı tərəfindən sertifikata layiq görülüb.

2019-cu ilin nəticələri üzrə qaliblər EMS Kooperativi İdarə Heyəti tərəfindən seçilib.

“Azərpoçt” MMC-nin “Azərekspresspoçt” Rabitə Müəssisəsi EMS kooperativinin üzvü olan ölkələrdən daxil olan sorğuları operativ və dəqiq cavablandırdığı, eləcə də dünya miqyaslı tərəfdaşlarına ən yüksək səviyyəli xidmət göstərmək öhdəliyini nümayiş etdirdiyinə görə yüksək mükafata layiq görülüb.

Əldə olunan nailiyyət bir daha sübut edir ki, “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının EMS şəbəkəsi çərçivəsində xüsusi operatorlardan ibarət qrupun bir hissəsinə çevrilməyi bacarıb.

Mükafat EMS Kooperativin növbəti Baş Assambleyası zamanı keçiriləcək xüsusi mərasim zamanı təqdim ediləcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı