Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərpoçt” və Expressbank arasında agent bankçılıq üzrə pilot əməkdaşlıq başlayıb - BBN

“Azərpoçt” və Expressbank arasında agent bankçılıq üzrə pilot əməkdaşlıq başlayıb

BBN.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan Azərpoçt MMC bank xidmətlərinə çıxışın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Ölkə üzrə geniş filial şəbəkəsinə malik olan “Azərpoçt” bu imkanlar çərçivəsində Expressbank ASC ilə Agent Bankçılıq layihəsi üzrə pilot tərəfdaşlığa start verib.

Məlumata görə, 2025-ci ilin noyabr ayından etibarən “Azərpoçt”un Cəlilabad filialında agent bankçılıq xidmətlərinin göstərilməsinə başlanılıb və bu müddət ərzində ilk uğurlu əməliyyat həyata keçirilib. Yaxın vaxtlarda əməkdaşlığın digər regional filiallarda da genişləndirilməsi nəzərdə tutulur.

Hazırda “Azərpoçt” banklarla əməkdaşlıq çərçivəsində aşağıdakı agent xidmətlərini təqdim edir:

  • hesabların açılması;

  • müştərilərin identifikasiyası;

  • bank filialları və bankomatlar üçün inkassasiya xidmətlərinin göstərilməsi;

  • banklarla tərəfdaşlıq çərçivəsində kredit məhsullarının təqdim edilməsi və digər agent bankçılıq xidmətləri.

Qeyd edək ki, agent bankçılıq modeli “Azərpoçt”un ölkəni əhatə edən geniş xidmət şəbəkəsinin potensialından istifadə etməklə, xüsusilə kənd və kiçik şəhərlərdə bank məhsullarının poçt filialları vasitəsilə birbaşa və əlçatan formada təqdim olunmasına imkan yaradır.

Gözlənilir ki, bu əməkdaşlıq regionlarda bank xidmətlərinə çıxışı daha da genişləndirəcək, həmçinin müştərilərə daha sürətli və rahat maliyyə həllərinin təqdim edilməsinə şərait yaradacaq.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı