Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərpoçt”un keçmiş rəhbəri “PAŞA Kapital”a Baş İcraçı direktor təyin olunub - BBN

“Azərpoçt”un keçmiş rəhbəri “PAŞA Kapital”a Baş İcraçı direktor təyin olunub

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə yeni Baş İcraçı direktor təyin edilib. Şirkətin 2025-ci il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında açıqlanan məlumata görə, bu vəzifəyə İsi Mustafayev gətirilib.

Bildirilib ki, İsi Mustafayev maliyyə və bank sektorunda uzun illərə söykənən idarəçilik təcrübəsinə malikdir. O, 2023–2026-cı illərdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri, 2022–2023-cü illərdə isə qurumun İdarə Heyətinin üzvü vəzifələrində fəaliyyət göstərib.

Karyerası ərzində müxtəlif maliyyə institutlarında rəhbər vəzifələrdə çalışan İ.Mustafayev, 2020–2021-ci illərdə “Rabitəbank” ASC-də, 2016–2020-ci illərdə isə “AG Bank” ASC-də departament direktoru olub.

Əmək fəaliyyətinə 2000-ci ildə “Partner Investment” MMC-də iqtisadçı kimi başlayan İsi Mustafayev, 2003–2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Bu dövrdə o, iqtisadçı, baş iqtisadçı, eləcə də Kredit Təşkilatlarına Nəzarət Departamentinin müdiri vəzifələrini icra edib.

“PAŞA Kapital” rəhbərliyi qeyd edib ki, İsi Mustafayevin maliyyə, bankçılıq və korporativ idarəetmə sahələrində qazandığı geniş təcrübə şirkətin strateji inkişaf məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcək.

Related posts

AYİB-in Azərbaycandakı cari portfeli 892 milyon avroya yüksəlib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-ə endirdi

İKZF 20 ildə 201 milyon manat mənfəət əldə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı