Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək - BBN

Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” 1 may 2023-cü il tarixli Fərman imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin 2 iyun 2023-cü il tarixli 180 nömrəli Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbbi qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası” da təsdiq edilib.

Qaydalara görə, maliyyə yardımının ödənilməsi üçün sahibkarlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələdirlər. Sahibkarlar qaydaların 1 nömrəli əlavəsinə uyğun formada müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiqləyən sənədləri (rəsmi formada imza və möhürlə tədiq edilmiş bank çıxarışlarını), istehsal fəaliyyətinin göstərildiyi təsərrüfat subyektində kommunal xidmətlərdən istifadəyə dair aidiyyəti dövlət müəssisələri ilə bağlanılmış müqavilələri və bildirişə əlavə edilmiş formada məlumat formasını vergi orqanına təqdim etməklə istehlak olunmuş kommunal xidmətlər üzrə maliyyə yardımının verilməsi ilə bağlı dəstək proqramından yararlana bilərlər.

Maliyyə yardımının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://www.taxes.gov.az/az/page/azerbaycan-respublikasi-nazirler-kabinetinin-qerar-ve-serencamlari

https://e-qanun.az/framework/54334

Related posts

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı