Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL Çinin “Hainan Airlines” aviaşirkəti ilə əməkdaşlığa başlayıb - BBN

AZAL Çinin “Hainan Airlines” aviaşirkəti ilə əməkdaşlığa başlayıb

AZAL kommersiya əməkdaşlığı çərçivəsində “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb. Saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

Saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Related posts

ADY: Tbilisidən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir

Rabitəbankın Marketinq departamentinə yeni rəhbər təyin olunub

Kanada və Türkiyə azad ticarət müqaviləsi üzrə danışıqlara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı