Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL-da uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib - BBN

AZAL-da uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL) uçuş qiymətlərinin baha olmasına aydınlıq gətirilib.

BBN.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, hamını maraqlandıran AZAL-da qiymət məsələsidir.

Onun sözlərinə görə, aviasiya sahəsində qiymətlər dəyişkəndir, hətta eyni gündə, eyni yerə olan uçuşlarda, eyni sinifdə bəzi qiymətlər iki dəfəyə yaxın dəyişir. Ölçü vahidi olaraq aviasiya sahəsində bir kreslonun uçuş qiyməti mil olaraq nəzərə alınır: “Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır, AZAL-a heç bir güzəşt yoxdur. Qiymətlərə təsir edən digər amil təyyarənin alınması və saxlanması xərcləridir. Bundan başqa, işçilər, pilot, xidmət də qiymətlərə təsir edir. Kabin hazırlığı ciddi standartlarla müəyyən olunur”, – nazir müavini vurğulayıb.

APA

Related posts

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir

Asiya İnkişaf Bankı CAREC ölkələrində yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı