AZAL Dubayın turizm məkanlarında sərnişinlərə endirimlər təqdim edir

15 noyabr 2023-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı ilə 15 noyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək Dubaya səyahət edən sərnişinlər BƏƏ-nin ən böyük şəhərinin məşhur turizm və əyləncə məkanlarında endirimlərdən yararlana bilərlər.

AZAL-ın müştəriləri Dubaydakı “Dolphin Bay” delfinariyası və “The Lost Chambers” okeanariumunda 15%, “The View at the Palm” baxış meydançası və “AYA Universe” muzeyində isə 20% endirim əldə edə bilərlər. Endirimdən yararlanmaq üçün AZAL sərnişinləri qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasportlarını təqdim etməlidirlər.

Qeyd edək ki, təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.

AZAL ilə səyahət edin və Dubayın maraqlı görməli yerlərini ziyarət etmək fürsətini qaçırmayın!

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı