“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.
Poçt markasının təqdimat mərasimi bu gün Azərbaycan Milli Tarix Muzeyində keçirilib. Tədbir çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib.
Bildirilib ki, poçt markasının dizaynında istifadə olunan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipaj üzvlərinin qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.
Poçt markasının buraxılışı AZAL və “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə həyata keçirilib və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr olunub. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiramla yanaşı, ekstremal şəraitdə peşəkar və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı–Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalı