AZAL təyyarə bələdçiləri axtarır

“Azərbaycan Hava Yolları” (AZAL) özünü “Təyyarə Bələdçisi” vakansiyanın tələblərinə uyğun hesab edən hər kəsi müsahibələrdə iştirak etməyə dəvət edir.

BBN.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL-da çalışacaq həvəsli və perspektivli namizədlər axtarılır.

Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.

Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stressə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlər ilə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:

– Azərbaycan Respublikası vətəndaşı;
– 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);
– minimum tam orta təhsil;
– hərbi bilet (olduğu təqdirdə)
– boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);
– dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);
– ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
– mütəmadi ezamiyyətlərə hazır olmaq;
– uçuş üçün tibbi əks göstərişin olmaması.

“Təyyarə Bələdçisi” vəzifəsinə tələblər haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://glorri.com/azal/64edfde813fc7c60c74092c4.
Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə “Karyera” bölməsinə keçid edərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini careers@azal.az poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı