AZAL Turizm Günü münasibətilə 29% endirim elan edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün ölkədə qeyd olunan Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verib.

BBN.az AZAL-a istinadən xəbər verir ki, sentyabrın 29-da bilet alan hər bir sərnişin bütün istiqamətlərdə 29% endirimdən yararlana biləcək.

Aksiya çərçivəsində biletləri 29 sentyabr – 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.

Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Aksiya AZAL-ın çarter və kod-şerinq reyslərinə şamil edilmir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Ağdamda fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

İspaniya Krallığının “Rəsmi Kredit İnstitutu” ilə təcrübə mübadiləsi keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı