Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL və ABB-dən yeni fürsət: aviabiletləri artıq taksitlə əldə etmək mümkündür - BBN

AZAL və ABB-dən yeni fürsət: aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ABB ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir. Artıq sərnişinlər TamKart kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər.

Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:

  • Bileti seçib ödəniş mərhələsinə keçməli;
  • Ödəniş üsulu kimi TamKart-ı seçməlidirlər.

Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi https://www.azal.az/az/ saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

ABB-nin TamKart-ını onlayn sifariş vermək üçün: https://abb-bank.az/az/ferdi/kartlar.

Related posts

İİB Qrupu ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər mübadilə edilib

Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı