Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb - BBN

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə görülmüş işlər nəticəsində QSC-də bütün fəaliyyət dövründə təhlükəsiz iş saatlarının sayı 5 milyon saatı ötüb.

Qeyd edək ki, Səhmdar Cəmiyyət tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı