Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir - BBN

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

Sərfəli qiymət biznes istiqamətinə sadiq qalan “Nar” hər kəs üçün geniş seçim yaradan 6 növ günlük və həftəlik internet paketlərini təqdim edir.

Qısamüddətli internet istifadəsi üçün nəzərdə tutulan 1 günlük internet paketlərinin qiyməti 300 MB üçün 80 qəpik, 1GB üçün 1,40 manat və 1,5 GB üçün 1,90 manatdır. Üstəlik, 1 GB-lıq və 1,5 GB-lıq günlük paketlərdən istifadə edənlər eyni müddət ərzində “WhatsApp”dan pulsuz istifadə edə bilər.

“Nar” abunəçilər eyni zamanda 7 günlük internet paketlərini də seçə bilərlər. Bu paketlərin qiyməti 1 GB üçün 3 manat, 1,5 GB üçün 3,30 manat və 3 GB üçün 5 manat kimi dəyişir. Bütün 7 günlük internet paketlərində “WhatsApp” yazışmaları pulsuzdur.

İnternet paketləri haqqında daha ətraflı məlumat əldə etmək və sizə uyğun ən sərfəli internet paketini seçmək üçün nar.az/senin-ucun/internet-paketleri/ səhifəsinə keçid edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Related posts

Çip bazarında böyük yüksəliş: “Bank of America” nəhəng istehsalçının hədəf qiymətini artırdı

BAZARLARDA “SPACE” ŞOKU: Maskın trilyonluq IPO-su və dünyanı dəyişdirən sülh ümidləri

Süni intellekt və robot texnologiyaları: İnvestisiya dünyasının yeni lokomotivi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı