Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” QSC-dən 8 il ərzində ölkə iqtisadiyyatına mühüm töhfələr - Foto - BBN

“AzerGold” QSC-dən 8 il ərzində ölkə iqtisadiyyatına mühüm töhfələr – Foto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən effektiv iqtisadi siyasət kursu nəticəsində dağ-mədən sənayesinin qeyri-neft-qaz sektorunda payı gündən-günə daha da artır. Bu məqsədlə “AzerGold” QSC dağ-mədən sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsinə çalışır. Sahənin tərəqqisinə xidmət edən dövlət şirkəti, həmçinin qiymətli metalların yerli və beynəlxalq bazarlarda realizəsi ilə ölkə iqtisadiyyatına töhfələri verməyə davam edir.

Ötən 8 il ərzində “AzerGold” QSC qeyri-neft-qaz sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillələrdə qərarlaşmağa nail olub. Səhmdar Cəmiyyət 441,326 unsiya qızıl, 919,244 unsiya gümüşün hasilatı, 437,730 unsiya qızıl, 889,709 unsiya qızıl və gümüşün yerli və beynəlxalq bazarlarda satışını həyata keçirib. Bu satış əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 1,274,094,914 manat vəsait cəlb edilib.

Related posts

Azərbaycanın İranla ticarət dövriyyəsi 8 %-ə yaxın artıb

Prezident: Son 20 ildə iqtisadiyyatımıza 350 milyard dollardan çox investisiya qoyulub

Hörmüz boğazında “nəzarət” oyunu: ABŞ geri çəkildi, İran strateji keçiddə təhlükəsizlik rıçaqlarını gücləndirir!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı