“AzerGold” QSC Daşkəsən rayonunda şəhid ailələrini ziyarət edib

 “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 27 Sentyabr – Anım
Günü ilə bağlı Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələri ziyarət edilib.
 QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş
prioritetləri çərçivəsində təşkil edilən ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi
bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş
şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların rifah halının
yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.
 Anım Günü ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq
məhsullarından ibarət bağlamalar təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və
ehtiramla yad edilib.
 Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti
çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət
proqramlarına dəstək xarakteri daşımaqla, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti
göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı