Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” QSC fişinq hücumları ilə bağlı vətəndaşlara növbəti dəfə çağırış edir - BBN

“AzerGold” QSC fişinq hücumları ilə bağlı vətəndaşlara növbəti dəfə çağırış edir

Rəqəmsal risklərin geniş vüsət aldığı dövrdə nüfuzlu şirkətlərin, müxtəlif dövlət və özəl sahibkarlıq müəssisələrinin adından sosial media resurslarında saxta reklam kampaniyaları təşkili davam etdirilir.

Kiberdələduzluq aktlarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də adından törədildiyini nəzərə alaraq, ictimaiyyəti bir daha diqqətli olmağa, saxta reklam kampaniyalarına aldanmamağa çağırırıq. Belə ki, fişinq xarakterli hücumlar zamanı “AzerGold” QSC sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir, Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur, imic xarakterli videoçarxlar xüsusi proqramlar vasitəsilə kontekstdən çıxarılaraq, fişinq aləti kimi istifadə edilir. Beləliklə, vətəndaşlar bu və ya digər “layihə”dən faydalanmağa dəvət edilir.

Kiberdələduzların cəlbedici vədlərinə aldanan vətəndaşlara xarici ölkələrə məxsus mobil telefon nömrələrindən zənglər edilir və onların maliyyə xarakterli fərdi məlumatlarını əldə etməyə, maliyyə vəsaitlərini mənimsəməyə cəhdlər olunur.

Bütün bunlar nəzərə alınaraq, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb

Uşaqlar üçün sosial medianı qadağan edən ölkələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı