Ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC
fəaliyyət göstərdiyi 9 il ərzində qiymətli metalların daxili və xarici bazarlarda
satışından ümumilikdə 1 milyard 690 milyon manatdan çox gəlir əldə edib.
Bu məbləğin 1 milyard 592 milyon manata qədəri ixrac əməliyyatları, 98
milyon manatdan çox hissəsi yerli bazarda topdan və pərakəndə satış hesabına
formalaşıb.