“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Xəzər Hövzəsinin Dayanıqlı İnkişafı üzrə Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET – Caspian Integrated Scientific Network) nümayəndələri arasında görüş keçirilib.

5-8 iyun tarixlərində CASPISNET-in ADA Universitetində təşkil olunan illik toplantısı çərçivəsində beynəlxalq şəbəkənin üzvləri – CASPISNET-in həmsədri, Cenevrə Universitetinin professoru Aleksandr Babak Hecazi, ADA Universiteti, Tuluza Universiteti, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi və Nazarbayev Universitetinin Mədənçilik və Yer Elmləri Məktəbinin müəllim və professorları ilə keçirilən görüşdə “AzerGold” QSC-nin dağ-mədən, geologiya, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, eləcə də strateji planlaşdırma, ictimaiyyətlə əlaqələr və marketinq sahələri üzrə mütəxəssisləri iştirak ediblər.

Görüşdə CASPISNET-in əsas fəaliyyət məqsədləri barədə ətraflı məlumat verilib, elmi-tədqiqat şəbəkəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün ən yaxşı təcrübələri, davamlı inkişaf strategiyalarını mübadilə etmək məqsədilə yaradılmış elmi platforma olduğu diqqətə çatdırılıb. Beynəlxalq şəbəkə tərəfindən elm-sənaye tərəfdaşlığı modeli əsasında ətraf mühit, iqlim dəyişiklikləri, ekologiya, antropogen təhlükələr və digər risklərin qiymətləndirilməsi üçün “CASPISNET-2030” Gündəliyini hazırlayaraq, regional körpünün yaradılması hədəf olaraq müəyyənləşdirilib.

Tanışlıq və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə keçirilən görüşdə tərəflər dağ-mədən sahəsində fəaliyyətin təşkilində müasir texnologiya, innovativ həllərin tətbiqi, alternativ enerji mənbələrindən istifadə, davamlı inkişaf sahəsində qiymətləndirmə, hesabatlılıq və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin beynəlxalq şəbəkə üzvlərinə “AzerGold” QSC tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı təcrübəsi, bu sahədə görülən işlərdən geniş bəhs olunub.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı