Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Əlilliyin dərki, universal dizayn və korporativ sosial məsuliyyət” mövzusunda vebinar keçirilmişdir - BBN

“Əlilliyin dərki, universal dizayn və korporativ sosial məsuliyyət” mövzusunda vebinar keçirilmişdir

Əlilliyi olan şəxslərə maliyyə xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən müvafiq tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə” İşçi Qrupunun yaradılması olmuşdur. Əlilliyi olan şəxslərə keyfiyyətli maliyyə xidmətləri göstərilməsi istiqamətində layihələr icra olunur.

Bu tədbirlər çərçivəsində 7 iyun 2023-cü il tarixində Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının iştirakı ilə Əlil Təşkilatları İttifaqı tərəfindən “Əlilliyin dərki, universal dizayn və korporativ sosial məsuliyyət” mövzusunda vebinar keçirilmişdir.

Vebinarda əlilliyi olan şəxslərin maliyyə xidmətlərindən istifadəsi zamanı hüquqlarının müdafiəsinin, eyni zamanda bu statusda olan vətəndaşların maliyyə xidmətlərinin alışı zamanı müyəssərliyin artırılması məsələləri qeyd olunmuşdur. Həmçinin əlilliyi olan şəxslərə maliyyə xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsinin vacibliyi bildirilmişdir.

Related posts

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı