Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold”un xalis mənfəəti 70,8% artıb - BBN

“AzerGold”un xalis mənfəəti 70,8% artıb

“AzerGold” QSC 2026-cı ilin ilk yarısını 56,673 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,8% çoxdur.

BBN.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-iyun aylarında “AzerGold”un satışdan gəlirləri 24,8% artaraq 145,616 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə satışın maya dəyəri 63,69 milyon dollar, ümumi və inzibati xərclər 22,246 milyon dollar təşkil edib. Şirkət, həmçinin 7,5 milyon dollar icarə gəliri, 1,784 milyon dollar sair gəlir1,807 milyon dollar maliyyə gəliri əldə edib.

Bu il iyulun 1-nə “AzerGold”un aktivləri illik müqayisədə 20,2% artaraq 645,731 milyon ABŞ dollarına yüksəlib. Şirkətin öhdəlikləri 3,6% azalaraq 100,014 milyon dollar, balans kapitalı isə 25,9% artaraq 545,717 milyon dollar olub.

Hesabat dövründə “AzerGold”un nizamnamə kapitalı da 4,5 dəfə artaraq 163,706 milyon ABŞ dollarına çatıb.

Related posts

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 121 milyon manatı keçib

“Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

“Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı