Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Azeri Light" neftinin qiyməti 105,58 ABŞ dollarına çatdı - BBN

“Azeri Light” neftinin qiyməti 105,58 ABŞ dollarına çatdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu barədə “Report” neft bazarındakı mənbəyə istinadən məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçersləri 100,66 ABŞ dollarından alınıb. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda hasil edilir və müqaviləyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

Related posts

Qlobal maliyyə bazarları günə qarışıq mənzərədə başladı: Dollar güclənir, Bitcoin yüksəlir, neft 100 dolları keçir

Neft bazarında kəskin dönüş: İranla bağlı risklər qiymətləri yenidən yüksəltdi

“Azeri Light” nefti bahalaşdı – bir barelin qiyməti 95 dolları keçdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı