
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu barədə “Report” neft bazarındakı mənbəyə istinadən məlumat yayıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçersləri 100,66 ABŞ dollarından alınıb. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda hasil edilir və müqaviləyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.




