Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azeri Light” neftinin qiyməti 2,6 %-dən çox artıb - BBN

“Azeri Light” neftinin qiyməti 2,6 %-dən çox artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,68 ABŞ dolları və ya 2,62 % artaraq 65,80 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 62,96 ABŞ dolları səviyyəsində formalaşıb.

Bununla yanaşı, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,68 ABŞ dolları və ya 2,7 % artaraq 63,96 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, “Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub. Sözügedən marka üzrə neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqaviləyə əsasən, SOCAR-ın payı 31,65 % təşkil edir.

Related posts

Yaxın Şərqdə risk artır – Neft yenidən 70 dollara yaxınlaşır

ABŞ Venesuelada neft və qaz hasilatına yaşıl işıq yandırdı – İstehsal 20% arta bilər!

Asiya bazarlarında yüksəliş – Yaponiyada siyasi sabitlik və FED gözləntiləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı