Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azeri Light” neftinin qiyməti 68,92 ABŞ dollarına qədər düşüb - BBN

“Azeri Light” neftinin qiyməti 68,92 ABŞ dollarına qədər düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 1,44 ABŞ dolları və ya 2,05 % azalaraq 68,92 ABŞ dolları səviyyəsində olub.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçersləri 69,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 1,49 ABŞ dolları və ya 2,2 % azalaraq 66,28 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərə alınmışdır. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Bu neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Related posts

Yanvarda Azərbaycan Türkiyəyə xam neft ixracını 4,8 dəfə artırıb

ABŞ-İran gərginliyi: Neft bazarı Cenevrədən gələcək xəbəri gözləyir

Azərbaycandan neft və qaz ixracından gəlirlər azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı