Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,73 ABŞ dolları və ya 1,08 % azalaraq 66,72 ABŞ dolları olub.
BBN.az bu barədə neft bazarındakı mənbəyə istinadən məlumat verir.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 66,91 ABŞ dolları səviyyəsində müəyyənləşib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 0,71 ABŞ dolları və ya 1,08 % azalaraq 65,18 ABŞ dollarına düşüb.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub