Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları və ya 1,83 % azalaraq 71,97 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 71,33 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,28 ABŞ dolları və ya 1,81 % azalaraq 69,36 ABŞ dollarına enib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, Azeri Light neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycanda bu markadan olan neft Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCARın payı 31,65 % təşkil edir.