Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində cüzi azalma qeydə alınıb.
BBN.az xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, “Azeri Light”ın 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,07 % azalaraq 95,5 ABŞ dollarına enib.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 93,56 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın qiyməti də 0,06 ABŞ dolları və ya 0,06 % azalaraq 92,69 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində 1 barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“Azeri Light”ın indiyədək ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda “Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 % təşkil edir.