Azexport Azərbaycan məhsullarını Belarusa ixrac edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov Belarusun nüfuzlu topdan satış şəbəkəsinin rəhbəri ilə görüşüb. Müzakirə zamanı Ayxan Qədəşov portalın fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra portalda olan Azərbaycan məhsullarının onlayn nümayişini həyata keçirib.

Belarusun topdan satış şəbəkəsinin rəhbəri Andrey Drozden də rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə təqdimat edib. Məhsulların nümayişinin ardınca Belarusa Azərbaycan məhsullarının ixracı üçün ilkin anlaşma qeydə alınıb. Xarici sahibkara müvafiq prosedurların başlanılması üçün istehsalçı şirkətlərlə əlaqələrin qurulmasında dəstək göstərilib.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı