“Azexport.az” portalı “Bir məhsul, iki bazar” adlı beynəlxalq forumda təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan – Türkiyə ticarət əlaqələrinin genişləndirilməsinə həsr olunan beynəlxalq onlayn forumda  iştirak edib. A.Qədəşov sahibkarlar üçün yaradılan müasir rəqəmsal həll yollarına dair məlumatlar təqdim edib. O, həmçinin, Azexport.az internet portalında yerləşdirilən “Made in Azerbaijan” məhsullarının rəqəmsal təqdimatını həyata keçirib.

Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının rəhbəri Hasan Basri Kurt açılış nitqi ilə çıxış ediblər. Həmçinin hər iki ölkənin özəl və dövlət qurumlarının nümayəndələri qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsinə yönəlik təqdimatlarla çıxış ediblər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı