Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azexport.az”da yenilik: portal ölkədaxili çatdırılma xidmətini istifadəyə verib - BBN

“Azexport.az”da yenilik: portal ölkədaxili çatdırılma xidmətini istifadəyə verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalında yeni xidmət istifadəyə verilib. Artıq portal üzərindən ölkədaxili çatdırılma xidmətindən istifadə etmək mümkündür. Yəni alıcılar “Azexport.az” portalında nümayiş olunan məhsulları onlayn olaraq ünvana sifariş edə bilərlər. Bunun üçün istifadəçilər portalda pərakəndə ticarət həyata keçirən və ölkədaxili sifarişləri qəbul edən istehsalçıların səhifələrinə keçid edərək, sifarişlərini rəsmiləşdirməlidirlər.

Bu xidmət istehlakçılara onlayn ticarətin üstünlüklərindən faydalanmağa imkan verir. Burada istehsalçılar istehsal etdikləri məhsulları portal vasitəsilə real alıcılara nümayiş etdirir, ödənişləri onlayn qaydada qəbul edir, həmçinin sifarişlərin alıcılara ölkədaxili çatdırılması xidmətindən istifadə edirlər. Sifarişlərin çatdırılma haqqı məhsulun çəkisindən və məsafədən asılı olaraq sistem tərəfindən avtomatik olaraq hesablanır. Sifariş olunan məhsullara görə isə portal tərəfindən komissiya haqqı nəzərdə tutulmur.

Qeyd edək ki, İİTKM tərəfindən yeni xidmətdən istifadə qaydalarına dair videoçarx hazırlanıb. Çarxla təqdim olunan link vasitəsilə tanış olmaq mümkündür: https://bitly.ws/36L2g.

Related posts

Türkiyə iqtisadiyyatı II rübdə 2,3% böyüdü – Artım proqnozları doğrultmadı

Rusiyada rəqəmsal rublun geniş istifadəsinə başlanılır

Qlobal bazarlarda gərginlik: Neft 90 dolları keçdi, Asiya birjaları gerilədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı