Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək - BBN

“Azexport” portalı Qazaxıstanın dövlət qurumları ilə birgə layihələr həyata keçirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qazaxıstanın dövlət qurumlarının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün məqsədi iki ölkə arasında dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı sahəsində təcrübə mübadiləsini genişləndirmək olub.

Görüşdə Mərkəzi Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova, həmçinin “Enterprise Azerbaijan” portalının layihə meneceri Aydan Hüseynzadə təmsil ediblər.

Qazaxıstan tərəfdən isə Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin birinci vitse-naziri Ayjan Bizhanova, “QazTrade” təşkilatının İxracın İnkişafı üzrə direktoru Aynur Amirbekova, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Oljas Nurgaliyev, Qazaxıstanın İctimai iaşə təşkilatının nümayəndələri Veronika Daugaliyeva və Albina Ashukhanova, eləcə də Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Jamid Movsumov iştirak ediblər.

Müzakirə zamanı Azexport.az portalının rəhbəri Ayxan
Qədəşov Mərkəzin fəaliyyəti, eləcə də rəqəmsal iqtisadiyyat, ixracın təşviqi və sahibkarlığın inkişafı sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Görüş zamanı Azexport.az portalının rəqəmsal sərgi zalı, elektron ticarət platformaları ilə iş prinsipi, eləcə də “Enterprise Azerbaijan” portalı çərçivəsində startap təşəbbüslərinin dəstəklənməsi və gənc sahibkarların inkişafı istiqamətində görülən işlər barədə təqdimatlar keçirilib.

Görüşdə çıxış edən Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin birinci vitse-naziri Ayjan Bizhanova qeyd edib ki, İİTKM tərəfindən tətbiq olunan layihələr müasir çağırışlara cavab verən qabaqcıl təşəbbüslərdir. O bildirib ki, Qazaxıstanda da oxşar layihələr icra olunur və bu baxımdan Azərbaycan təcrübəsi onlar üçün maraqlıdır.  QazTrade təşkilatının İxracın İnkişafı üzrə direktoru Aynur Amirbekova isə Azexport.az portalının rəqəmsal ticarət modeli və sərgi zalının fəaliyyət prinsiplərini unikal yanaşma kimi qiymətləndirib. O, bu təşəbbüslərin Türk Dövlətləri arasında genişləndirilməsinin məqsədəuyğun olduğunu və beynəlxalq rəqəmsal inteqrasiyanın gücləndirilməsi baxımından böyük potensial daşıdığını qeyd edib.

Görüşün sonunda tərəflər rəqəmsal ticarət, dövlət idarəçiliyində rəqəmsal həllər, ixracın təşviqi və startap ekosisteminin inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, həmçinin bu sahələr üzrə birgə tədbirlərin və layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı