“Azexport” portalı və “AzFina” arasında görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında görüş keçirilib. Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, “Azexport” sahibkarların “Amazon”, “Ebay” “Alibaba” və digər elektron ticarət platformaları vasitəsilə xarici bazarlara çıxışlarına dəstək göstərir. O, həmçinin portalın “MTradeVerse” platformasında həyata keçirdiyi rəqəmsal sərgi və konfrans zalı layihəsi çərçivəsində ərsəyə gətirdiyi imkanları nümayiş etdirib.

Görüşdə “AzFina”nın icraçı direktoru Azər Əkbərov qurumun fəaliyyəti barədə məlumat verib və bildirib ki, Assosiasiya rəqəmsal maliyyə xidmətləri sahəsində ixtisaslaşıb. O, “Azexport”un həyata keçirdiyi virtual sərgi və konfrans zalı kimi layihələrin ölkədə virtual reallıq texnologiyası əsasında təqdim olunan xidmətlərin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Daha sonra “AzFina”nın nümayəndəsi Ayşən Həsənova “Azexport” portalının rəqəmsal ticarət sahəsində yerli sahibkarlar üçün yaratdığı imkanların əhəmiyyətini qeyd edib və bu istiqamətdə Assosiasiya üzvləri ilə əməkdaşlığın koordinasiyalı həyata keçirilməsinin faydalı ola biləcəyini bildirib.

Görüş qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam etdirilib.

Related posts

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

Müharibə əlilləri və şəhid ailələri daşınmaz əmlakın qeydiyyatına dair dövlət rüsumundan azad edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı