Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Startup School 2”də ABŞ təcrübəsi öyrənilib - BBN

“Startup School 2”də ABŞ təcrübəsi öyrənilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlim “Nevada və ABŞ-da sahibkarlıq ekosistemi: sahibkarlıq, süni intellekt və ictimai siyasət” (Entrepreneurial Ecosystem in Nevada and the U.S.; Entrepreneurship, AI and Public Policy Value Propositions) mövzusuna həsr olunub. Nevada Universitetində Beynəlxalq Mərkəzin, eyni zamanda Özmen Sahibkarlıq Mərkəzinin direktoru, Prof. Mehmet Tosunun keçdiyi təlimdə iştirakçılara sahibkarlıq, süni intellekt (Artificial Intelligence – AI) və dövlət siyasəti haqqında məlumat verilib. Təlim sessiyasında Nevada ştatının Reno şəhərində yerli administrasiyanın sahibkarlığın və startapların inkişafına göstərdiyi dəstəkdən danışılıb.

M.Tosun ABŞ-də və Nevada ştatında sahibkarlıq ekosisteminin dinamikasını və statistikalarını nümayiş etdirərək, innovasiya və biznesin inkişafını formalaşdıran əsas amilləri sadalayıb. O, eyni zamanda universitet ekosistemində yeni başlayan sahibkarlar üçün mövcud olan dəstək mexanizmləri haqqında məlumat verib, mentorluq proqramlarının, maliyyələşdirmə imkanlarının və sənaye şəbəkələrinə çıxışın bu mexanizmlərin ayrılmaz komponentləri olduğunu izah edib.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı