“Azexport” portalı və “Payoneer” arasında növbəti görüş baş tutub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və beynəlxalq rəqəmsal ödəniş platforması olan “Payoneer” arasında görüş keçirilib. Onlayn formatda təşkil olunan görüşdə “Amazon”, “Ebay” kimi elektron ticarət platformaları vasitəsilə məhsul təklif edən yerli sahibkarların  rəqəmsal ödəniş imkanlarından daha rahat istifadəsinə dair müzakirələr aparılıb. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, “Payoneer” onlarla elektron ticarət platformasından ödənişlərin qəbulunu həyata keçirir. Platforma ilə əməkdaşlığın genişləndirilməsi ölkədə istehsal olunan malların beynəlxalq elektron ticarət bazarına çıxarılması istiqamətində yaranan çətinliklərin həllində, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin daha yaxından öyrənilməsində bizə əlavə dəstək olur. Daha sonra  A. Qədəşov “Payoneer” rəsmilərinə platformada yeni hesabın yaradılması zamanı ünvanla bağlı tələb olunan sənədlərin təsdiqində yaranan çətinliyi qeyd edərək, məsələnin həlli üçün bu tələbin Azərbaycanda təqdim oluna bilən sənədlərə uyğunlaşdırılmasına dair təkliflərini irəli sürüb.

“Payoneer” rəsmisi Artem Biberin isə qeyd edib ki,  Azərbaycanın elektron ticarət bazarında daha geniş təmsil olunmaqda maraqlıdırlar. O, həmçinin yerli sahibkarlar və elektron ticarət istifadəçiləri üçün “Azexport” portalı və “Payoneer”in birgə onlayn və fiziki təlimlərinin təşkili istiqamətində əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

Görüş yerli istifadəçilər üçün milli valyutada hesabların yaradılması imkanı və “OTP” təsdiq mesajlarının göndərilməsi kimi məsələlər ətrafında müzakirələrlə davam edib. Sonda Azərbaycanda beynəlxalq elektron ticarət əməliyyatlarının daha da şəffaf həyata keçirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində “Payoneer” platforması ilə birgə görülə biləcək işlərə nəzər salınıb.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı