“AzInTelecom” media nümayəndələri üçün təlim təşkil edib

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təlim təşkil edib.

BBN.az xəbər verir ki, təlimdə şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi elektron xidmətləri və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi yeniliklər barədə təqdimatlar nümayiş olunub, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə ümumilikdə 30-dan çox media nümayəndəsi iştirak edib.

Qeyd edək ki, “AzInTelecom”un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.

Related posts

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib

Azərbaycan–Türkiyə arasında ixrac prosedurlarında dəyişiklik edilir

Azərbaycana yatırılan investisiyaların həcmi 360 mlrd. dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı