“Azpetrol” şirkəti Ramazan Bayramı münasibəti ilə xeyriyyə tədbiri təşkil edib

“Azpetrol” şirkətinin təşəbbüsü və korporativ sosial məsuliyyət öhdəliklərinin icrası çərçivəsində Ramazan Bayramı münasibətilə ərzaq yardımları paylanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı ilə birgə həyata keçirilən xeyriyyə tədbiri paytaxt ərazisində yaşayan şəhid ailələrini əhatə edib.

Bundan əlavə bayram payları “Azpetrol” şirkətinin Vətən Müharibəsində şəhid olmuş dörd əməkdaşının ailələrinə də çatdırılıb.

“Azpetrol” şirkəti Vətən Müharibəsində şəhid olanların ailələrini və Qarabağ qazilərini daim diqqət mərkəzində saxlayır, yardımlar edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı