AZPROMO-nun yaradılmasından 5 il ötür

Dekabrın 28-də AZPROMO-nun yaradılmasından 5 il ötüb. 

Belə ki, 28 dekabr 2018-ci il tarixində “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 451 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yaradılıb.

Xatırladaq ki, AZPROMO 2003-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektoruna xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu olaraq təsis edilib. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 451 nömrəli Fərmanı ilə sözügedən Fond ləğv edilərək, onun maddi-texniki bazası əsasında publik hüquqi şəxs statuslu Agentlik yaradılmışdır.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı