AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında görüş keçirilib

Tərəflər arasında ticarət və investisiya əlaqələrinin inkişaf imkanları istiqamətində müzakirələr aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Albaniya İnvestisiya Korporasiyası arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycan və Albaniya arasında xarici strateji əməkdaşlıq, qarşılıqlı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Təcrübə mübadiləsinin əhəmiyyəti və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün təmasların artırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev tərəfdaşlıq potensialı və investisiya imkanlarından söz açıb, iqtisadi artım və inkişafa təkan vermək üçün tərəfdaşlığın gücləndirilməsi və əməkdaşlıq üçün müxtəlif yolların araşdırılmasının əhəmiyyətini vurğulayıb.

Albaniya İnvestisiya Korporasiyasının icraçı direktoru xanım Elira Kokona ticarət və investisiyaların asanlaşdırılmasında güclü siyasi və ticarət əlaqələrinin vacibliyindən danışıb, yarmarka və tədbirlərin təşkili, prioritet layihələrə investisiyaların cəlb olunması, daşınmaz əmlak investisiyalarının araşdırılması sahəsində birgə əməkdaşlıq təkliflərini təqdim edib.

Görüşdə həmçinin qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən lazımi dəstəyin göstəriləcəyi bildirilib, iki ölkənin sahibkarları üçün növbəti görüşlərin təşkili barədə razılıq əldə edilib.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı